Son yeniləmə: 5 Fevral 2022 20:51
Bayraqdar.info – “Türkmənlər gələcək hökumətdən konstitutsion haqlarını tələb edirlər”.
Türkmeneli TV xəbər verir ki, bunun İraq Türkmən Cəbhəsinin başqanı Hasan Turan deyib.
O, Twitter hesabından etdiyi paylaşımda “Türkmənlər İraqın 3-cü önəmli etnik qrupudur. Yeni hökumətdən konstitutsion haqlarını tələb edirlər”, – deyə qeyd edib.
Hasan Turan Kərkükün bazarlıq mövzusu olmasını rədd etdiklərini vurğulayıb. H.Turan iraqlıların arzuladıqlaır bir hökumətin qurulmasının vacib olduğunu bildirib.