Son yeniləmə: 27 Yanvar 2022 09:17
Bayraqdar.info – Yanvarın 26-da futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Niderlandın Qroningen şəhərində İspaniya komandası ilə qarşılaşan millimiz meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib.
İsa Atayevin fərqləndiyi oyunda digər qol avtoqoldan qeydə alınıb.
Qrupun digər oyununda isə Gürcüstan millisi Bosniya və Herseqovina seçməsinə 2:1 hesabı ilə qalib gəlib.
“Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. İspaniya seçməsi isə Bosniya və Herseqovinanı məğlub edib – 5:1.
“Milli qrupun son oyununda yanvarın 29-da Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.
“Hesabında 6 xal olan Gürcüstan millisi qrupda birinci pillədə qərarlaşıb. Yeddiqat Avropa çempionu olan İspaniya seçməsi 4 xalla ikinci, Azərbaycan komandası isə 1 xalla üçüncüdür. Bosniya və Herseqovina yığmasının aktivində isə xal yoxdur”, – deyə xəbərdə qeyd edilir.