Press "Enter" to skip to content

Cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma

Azərbaycan Cüdo Federasiyası

Son yeniləmə: 27 Yanvar 2022 17:00

Bayraqdar.info – Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı baş verib.

Azərbaycan Cüdo Federasiyasından bayraqdar.info – bildirilib k, məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək. Nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlanıb. Onların arasında məşqçi və idmançılar da var. Həmçinin 9 nəfərin peyvənd olunmadığı iddia edilir.

Qeyd edək ki, 28 – 30 yanvarda təşkil olunacaq Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.

Onlar aşağıdakılardır: Mövlud Mirəliyevin baş məşqçi olduğu kişilərdən ibarət milli komandanın heyətində Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (hər ikisi +100 kq).

Rəşad Məmmədovun rəhbərlik etdiyi qadınlardan ibarət yığmada isə Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) yer alıb.

Mission News Theme by Compete Themes.