Son yeniləmə: 27 Yanvar 2022 14:12
Bayraqdar.info – Yaxın günlərdə iki dövlət rabitə operatoru “Aztelekom”la “Baktelecom” birləşdiriləcək.
Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov yanvarın 27-də “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” adlı seminarda çıxış edərkən deyib:”Ötən il ərzində biz “Azərmarka” şirkətini ləğv edib “Azərpoçt”a birləşdirdik. Ötən ilin son günlərində isə Məlumat Hesablama Mərkəzi ilə “Azintelekom”un birləşdirilməsinin şahidi olduq. Bu birləşdirilmələrin məntiqi əsasları var. Çünki oxşar və yaxın funksiyaların, bəzən isə tamamlayıcı funksiyalar yerinə yetirən qurumların bir qurum altında birgə fəaliyyət göstərməsi ona əlavə güc verə bilər”,- deyə R. Rüstəmov qeyd edib.