Press "Enter" to skip to content

Almaniya səfiri Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində

Son yeniləmə: 27 Yanvar 2022 11:42

Bayraqdar.info – Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş Marneuliyə səfər edib. Səfər çərçivəsində diplomat Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzini (GAİM) ziyarət edib.

Bu barədə bayraqdar.info-ya yanvarın 27-də məlumat verilib.

Bildirilib ki, GAİM-in icraçı direktoru Orxan Pirverdiyev səfirə mərkəzin yaradılması səbəbi, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mərkəzin həyata keçidiyi müxtəlif layihələr nəticəsində Marneuli və ətraf rayonlarda yaşayan azərbaycanlı gənclərinin Gürcüstan cəmiyyətinə sıx inteqrasiya etdiklərini bildirib.

Həmçinin, məntiq və ingilis dili kursları dinləyicilərinin “1+4” proqramı üzrə ölkənin ali məktəblərinə qəbul olunduqlarını nəzərə çatdırılıb. O.Priverdiyev gələcəkdə mərkəzin nəzdində alman dili kurslarının da açılmasını planlaşdırdıqlarını söyləyib, mərkəzin kitabxanası üçün alman dilində kitablar istəyib.

Diplomat mərkəzin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra gənclərlə görüş keçirib. Görüş zamanı gəncləri narahat edən bir sıra problemlər barədə geniş fikir mübadiləsi aparılıb.

Hubert Knirş görülən işləri yüksək qiymətləndirib və GAİM-ə gələcək fəaliyyətində davamlı uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.