Press "Enter" to skip to content

2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçiriləcək

Son yeniləmə: 27 Yanvar 2022 15:04

Bayraqdar.info – Məlum olduğu kimi hər il 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Hər il oldğuğu kimi bu il də gənclərlə bağlı müxtəlif tədbirlər keçiriləcək.

Belə tədbirlərdən biri də Azərkitab-Kitab Mərkəzində baş tutacaq. Belə ki, fevralın 2-də “Zəfərlə irəli, gənclər” adlı sərgi-tədbir keçiriləcək.

Bu barədə bayraqdar.info-ya layihə rəhbəri Elnurə İskəndərova məlumat verib. Onun sözlərinə görə, sərgidə 80-nə yaxın gənc rəssamın rəsminin nümayişi nəzərdə tutulub: “Sərgidə hər rəssamın bir əsəri nümayiş etdiriləcək”.

Bildirilib ki, təşkilatçı Aygün İsgəndərova olan tədbirin keçirilməsinə bir çox qurumlar, o cümlədən Abşeron Gənclərin İnkişafı İctimai Birliyi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi yaxından dəstək göstəriblər.

Mission News Theme by Compete Themes.