Press "Enter" to skip to content

Zakir Həsənov Seyid İbrahim Rəisi ilə görüşüb

Zakir Həsənov İran Prezidenti ilə

Son yeniləmə: 26 Yanvar 2022 19:08

Bayraqdar.info – Yanvarın 26-da İran Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, İran Prezidenti S.İ.Rəisi xalqların  əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

“Ölkələr arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayan İran Prezidenti dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

“Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını Prezident Seyid İbrahim Rəisiyə çatdırıb.

Zakir Həsənov İran Prezidenti ilə

“Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbəmizdən sonra azad edilmiş ərazilərimizdə görülən işlər barədə məlumat verib.

“Görüşdə ölkələr arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb”, – deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.