Press "Enter" to skip to content

UNESCO-dan Krım tatarlarının milli naxış nümunəsinə böyük dəyər

Bayraqdar.info – Bu günlər Krım tatarları ilə bağlı bir sevindirici xəbər yayılıb. Belə ki, Krım tatarlarının milli nümunəsi olan “Örnek”in yanvarın 25-də UNESCO-nun sertifikatını alıb.

Bununla bağlı xəbərdə deyilir ki, “Örnək” ötən ilin dekabrında Fransanın paytaxtı Parisdə keçirilən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Konvensiyasının Hökumətlərarası Komitəsinin 16-cı Sessiyasında yüksək dəyərləndirilib. Sessiyada “Örnək”in UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinə dair qərar qəbul edilmişdi.

Yanvarın 25-də isə bununla bağlı müvafiq sertifikat artıq təqdim edilib.

Bununla bağlı açıqlama verən Dünya Vətəndaş Təşkilatının rəhbəri Esma Acıyeva “Bu böyük işdə əməyi olan və bu çətin işdə bizə dəstək olan hər kəsə təşəkkür edirik. İşimizə davam edirik! Bizi hələ çox maraqlı şeylər gözləyir!”, – deyib.

“Örnək”in Krım tatarlarının müasir mədəniyyətinin mühüm tərkib hissəsi olduğunu vurğulayan E.Acıyeva bu naxışın tikmə, toxuculuq, keramika, relyef, zərgərlik, ağac üzərində oyma, şüşə boyama, divar boyama kimi bir çox ənənəvi əl sənətlərində istifadə edildiyini bildirib.

O da vurğulanıb ki, Krım tatarlarının milli naxışı “Örnek” 2018-ci ildə Ukraynanın qeyri-maddi mədəni irs elementləri siyahısına daxil edilib.

Mission News Theme by Compete Themes.