Son yeniləmə: 26 Yanvar 2022 09:15
Oral Büyüksarı: Türk Dünyası Platformu və Eskişehir Osmangazi Universitetinin birgə təşkil edəcəyi tədbirdə türk dünyasından qonaqlar da iştirak edəcək
Bayraqdar.info – Yanvarın 27-də Osmanlı Dövlətində Osman bəyin adına ilk xütbənin oxunmasınının növbəti ildönümüdür. Bu münasibətlə Türkiyənin bir çox yerlərində tədbirlər keçiriləcək. O cümlədən Eskişehirdə də 4 günlük geniş bir tədbir proqramı tərtib edilib.
Bu barədə bayraqdar.info-ya özəl olaraq Türk Dünyası Platformu və Turan Dünyası Egitim ve Kültür Derneyinin başqanı Oral Büyüksarı məlumat verib.
Onun sözlərinə görə, Eskişehirin Osmanlının quruluş tarixində özəl yeri var: “Belə ki, Dursun Fakıh hoca Bəylik elanı üçün Osman bəy adına xütbəni məhz 27 yanvar 1297-ci ildə Eskişehir Karacaşehir də cümə namazında oxuyub. Bununla da Osman bəy “Bəy” elan edilub. Qeyd edim ki, Karacaşehir türk tarixində önəmli bir qaladır. Türklərin rumlardan aldığı ilk qaladır”.
O.Büyüksarı bildirib ki, hər il yanvarın 27-də Eskisehirdə bu məsciddə cümə namazından sonra temsili xütbə oxunur və ətli plov paylanır: “Biz də Türk Dünyası Platformu olaraq bu il həmin tarixlə bağlı geniş bir tədbirin keçirilməsinə qərar vermişik. Belə ki, Eskişehir Osmangazi Universiteti ilə birgə bayram tədbiri təşkil edəcəyik. Həmin tədbirdə türk dünyasından qonaqlar da iştirak edəcək”.
Bildirilib ki, ümumilikdə 4 günlük porqramın birinci günü qonaqlar yerli vaxtla saat 17:00-da Şeyx Edebalı mənəvi məzarını ziyarət edəcək, saat 19:00-da isə Çingiz Aytmatov muzeyində bayram tədbirinə qatılacaqlar: “Yanvarın 28-də Eskişehir Osmangazi Univerisitetində “Osmanlı Dövləti quruluş fəlsəfəsi” adlı panel olacaq. Paneldə məruzələr dinləniləcək.Sonra Karacaşehirdə xütbə oxunacaq, plov paylanacaq, axşam isə Çingiz Aytmatov muzeyində konsert olacaq. Yanvarın 29-da Eskişehir Osmangazi Univerisitetində “Türk dünyasının problemləri və həll yolları” mövzusunda panel təşkil ediləcək. Hər iki panelə dəyərli elm adamları və QHT təmsilçiləri qatılacaq. Sonra geniş konsert olacaq. Yanvarın 30-da isə qonaqlar üçün şəhər turu təşkil ediləcək”.
[…] Eskişehir möhtəşəm tədbirə hazırlaşır […]