Son yeniləmə: 26 Yanvar 2022 16:24
Bayraqdar.info – Azərbaycanla Polşa arasında tarixi əlaqələrin və dostluq münasibətlərinin 550 illiyi, diplomatik münasibətlərin isə 30 illiyinə həsr olunan layihə həyata keçiriləcək. “Azərbaycanla Polşa arasında mədəni körpü” adlı layihənin təşəbbüskarı və dəstəkçisi Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlidir.
Bu barədə bayraqdar.info-ya yanvarın 26-da layihəni Azərbaycanda tərəfdaş qurumu olan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, layihə birlik tərəfindən icra edəcək. Eyni zamanda layihənin icrası zamanı Polşanın Azərbaycandakı səfirliyi, Bakıdakı “Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyi ilə əməkdaşlıq nəzərdə tutulub.
Layihənin məqsədi Polşanı azərbaycanlılara, həmçinin Azərbaycanı polyaklara yaxından tanıtmaq, diaspor və vətəndaş cəmiyyəti olaraq iki ölkə arasından əlaqələrin güclənməsinə töhfə verməkdir. Bir il ərzində layihə çərçivəsində hər iki ölkədə müxtəlif səpkili tədbirlər təşkil ediləcək.
Layihənin informasiya dəstəkçisi “Diaspornews.az“ saytıdır.