Press "Enter" to skip to content

Dənizçilərə aid “Hər biri qəhrəmandır” kitabı

"Hər biri qəhrəmandır" kitabı

Bayraqdar.info – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçi şəhidlər, dənizçi qazilər və dənizçi müharibə iştirakçılarının həyat və döyüş yollarından bəhs edən “Hər biri qəhrəmandır” kitabı Azərbaycan Milli Kitabxanasına təqdim edilib.

ASCO-dan bayraqdar.info-ya yanvarın 26-da verilən xəbərdə bildirilir ki, nəşr kitabxananın əsas fondu ilə yanaşı, bir neçə mərkəzləşdirilmiş kitabxana sisteminə də göndəriləcək. Bundan başqa, “Hər biri qəhrəmandır” kitabı elektron kataloqa da daxil ediləcək.

“ASCO-nun İctimaiyyətlə əlaqələr departamenti tərəfindən hazırlanan “Hər biri qəhrəmandır” kitabı ötən ilin noyabrında işıq üzü görüb. Nəfis tərtibatda malik nəşrdə Vətən müharibəsi günlərində dənizçi geyimini hərbi forma ilə əvəz edən – müstəqil Azərbaycanın ərazi bütövlüyü üçün canından və qanından keçənlər və keçməyə hazır olan dənizçilər haqqında ətraflı məlumat verilir.

“Qeyd edək ki, kitabın ikinci cildinin nəşri də nəzərdə tutulub. Bu məqsədlə Vətən müharibəsində iştirak edən dənizçilər haqqında məlumatların toplanması, redaktəsi və digər zəruri işlər davam etdirilir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.