Son yeniləmə: 26 Yanvar 2022 18:11
Bayraqdar.info – “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-İstanbul marşrutu üzrə təxirə salınmış hər 3 reysinin sərnişinləri təyinat hava limanına ən böyük geniş füzelyajlı təyyarə olan “Airbus A340” ilə yola salınıb.
Bu barədə bayraqdar.info-ya AZAL-dan bildirilib. Məlumata görə, İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri də eyni təyyarə ilə Bakıya qayıdacaqlar.
Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırıb, AZAL-ın bir neçə reysi gecikib və təxirə salınıb.