Son yeniləmə: 26 Yanvar 2022 12:21
Bayraqdar.info – Azərbaycanda sosial sahədə davamlı addımlar atılır. Bu istiqamətdə 2021-ci ildə də mühüm işlər görülüb.
Bu məqamda qeyd edək ki, 2021-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 126,3 milyon manat vəsait ödənilib.
Bu barədə bayraqdar.info-ya yanvarın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, beləliklə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,0 milyon manat və ya 11,5 faiz daha çox vəsait xərclənib.