Press "Enter" to skip to content

Yeni Atlas – MƏKTƏBLİLƏR ÜÇÜN

Məktəblilər üçün Atlas

Son yeniləmə: 25 Yanvar 2022 13:44

Bayraqdar.info – Orta ümumtəhsil məktəbləri üçün dərs vəsaiti olan Atlasın yeni nəşri Azərbaycan və rus dilində çapdan çıxıb.

6-11-ci siniflər üçün nəzərdə tutulan dərs vəsaiti Təhsil İnstitutu və AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə tövsiyə və təsdiq edilib.

Coğrafiya İnstitutundan bayraqdar.info-ya bildirilib ki, baş redaktoru mərhum akademik Ramiz Məmmədovun olan Atlasın xüsusi məzmununun hazırlanması Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov və digərlərinə aiddir.

Dərs vəsaiti coğrafi məkan, təbiət, cəmiyyət və Azərbaycan Respublikası başlıqları ilə 4 hissədən ibarətdir. Coğrafiya fənni üzrə yeni proqram əsasında hazırlanan atlasa Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü əsasında əlavə olunan xəritələr daxildir.

Mission News Theme by Compete Themes.