Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatı Özbəkistanın son addımını alqışlayıb

Bayraqdar.info – Türk Dövlətləri Təşkilatının Katibliyi Özbəkistanın Azərbaycan daşıyıcıları üçün yol tariflərini azaltmaq qərarını alqışlayır.

Bu barədə Təşkilatın yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, Özbəkistan tərəfindən birtərəfli qaydada qanun qəbul edilib. Həmin qanuna əsasən Azərbaycan daşıyıcılarına 2022-ci il yanvarın 1-dən nəqliyyat vasitələrinin daşıma qabiliyyətindən asılı olaraq yol tariflərinin dörd dəfə azaldılması (10 tona qədər – 100 ABŞ dolları, 10 tondan 20 tona qədər – 150 ABŞ dolları, 20 tondan yuxarı – 200 ABŞ dolları) nəzərdə tutulur.

Bildirilib ki, Özbəkistan hökumətinin bu qərarı əlverişli şərait yaratmaq, nəqliyyat əməliyyatlarının asanlaşdırılması və nəqliyyat xərclərinin azaldılması yolu ilə regionun tranzit potensialının artırılması üçün dövlət başçılarının qarşıya qoyduğu əsas vəzifələrin əməli surətdə həyata keçirilməsinin bariz nümunəsidir: “Digər üzv dövlətlərimizi də analoji tədbirlər görməyə dəvət edərək, belə addımların nəqliyyat əməkdaşlığının gələcək inkişafına müsbət təkan verəcəyinə, ticarət-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üçün yeni perspektivlər açacağına, bütün türk bölgəsinin nəqliyyat və tranzit potensialını artıracağına əminik”.

Mission News Theme by Compete Themes.