Press "Enter" to skip to content

“Şuşa mədəniyyətinin inciləri” layihəsi başlayır

Şuşa

Bayraqdar.info – Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə başlayır.

Nazirlikdən yanvarın 25-də bayraqdar.info-ya verilən məlumata görə, Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq.

“Bura “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu” daxildir.

“Layihə çərçivəsində hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur. Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi Facebook, Instagram və Twitter səhifələrində yayımlanacaq”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkədə “Şuşa İli” elan olunub.

Mission News Theme by Compete Themes.