Press "Enter" to skip to content

Səfirin müsahibəsi Meksika mətbuatında

Son yeniləmə: 25 Yanvar 2022 09:52

Bayraqdar.info – Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Excelsior” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müsahibəsi əsasında “Azərbaycanı azadlığa aparan faciəvi gün” sərlövhəli yazı dərc olunub. Yazı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədardır.

Səfirlikdən bayraqdar.info-ya yanvarın 25-də verilən məlumata görə, yazıda 32 il öncə Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinə son qoymaq üçün sovet ordusunun paytaxt Bakıya daxil olaraq dinc əhaliyə qarşı qətliam törətdiyi vurğulanır. Həmin vaxt ittifaq rəhbərliyinin öz məqsədinə nail olmadığı, bu faciəvi hadisələrdən sonra Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi və nəticədə azadlığın tiranlıq üzərində qələbəsinin təcəlla olunduğu bildirilir.

Müsahibədə səfir Qara Yanvar faciəsinin beynəlxalq hüquqa əsaslanaraq insanlıq əleyhinə cinayət olduğunu söyləyib. M.Talıbov, bu cinayətə gərəkli beynəlxalq hüquqi-siyasi qiymətin verilməli olduğunu və qətliamın başlıca səbəbkarı, həmin il Nobel Sülh mükafatı ilə təltif edilmiş keçmiş sovet rəhbərinin beynəlxalq ədalət qarşısında cavab verməsinin vacibliyini qeyd edib.

Müsahibədə, həmçinin Azərbaycana qarşı erməni təcavüzünün tarixi və işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən görülən işlər barədə məlumat verilir.

Mission News Theme by Compete Themes.