Press "Enter" to skip to content

“Parlaq gələcəyim” layihəsi başlayıb

"Parlaq gələcəyim"

Son yeniləmə: 25 Yanvar 2022 12:05

Bayraqdar.info – “Parlaq Gələcəyim” layihəsi çərçivəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzununun şəhər/rayon məktəbliləri ilə onlayn görüşü keçirilib.

Təhsil Nazirliyindən yanvarın 25-də bayraqdar.info-ya bildirilib ki, layihənin məqsədi regionlardakı məktəblilərin maraq göstərdiyi ixtisas sahələri üzrə ən son yeniliklər barədə məlumatlandırılmasıdır. Həmçinin insan kapitalının formalaşması, əmək bazarındakı prioritet ixtisaslar barədə yeniliklərin bölüşülməsini təmin etməkdir.

Xəbərdə bidlirilir ki, təlimçi sözügedən proqram çərçivəsində İtaliyanın “Sapienza University” ali təhsil müəssisəsində iqtisadi siyasət ixtisası üzrə magistratura təhsili almış Səbinə Əliyeva olub.

Ölkənin müxtəlif regionlarından 70-ə yaxın məktəblinin iştirak etdiyi vebinar “İqtisadiyyat və sən” mövzusuna həsr edilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.