Press "Enter" to skip to content

Komando hərbi hissəsində təlim-məşqləri – VİDEO

Komandolar

Son yeniləmə: 25 Yanvar 2022 15:52

Bayraqdar.info – Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.

Müdadfiə Nazirliyindən yanvarın 25-də bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, komandolar maneələr zolağından keçid açma, eləcə də sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsullarını məşq ediblər.

“Təlimdə yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmən qüvvələrinin zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər icra olunub.

“Komandolar qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Qeyd edək ki, keçirilən təlim-məşqlərinin əsas məqsədi Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.