Son yeniləmə: 25 Yanvar 2022 13:26
Bayraqdar.info – Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev-Sumqayıt avtomobil yolunda metal konstruksiyalı yeni piyada keçidi inşa olunur.
Yanvarın 25-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bayraqdar.info-ya verilən məlumaytda bildirilir ki, avtomobil yollarını rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, AAYDA tərəfindən yerüstü piyada keçidi H.Z.Tağıyev-Sumqayıt avtomobil yolunun 3.84-ci km-də inşa edilir. Piyada keçidinin uzunluğu 30, eni isə 3.5 metrdir.
Sözügedən yolun 4.59 və 8.76-cı km-lik hissələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.