Press "Enter" to skip to content

Ersin Tatardan önəmli açıqlamalar

Son yeniləmə: 25 Yanvar 2022 10:12

Bayraqdar.info – “Cümhurbaşqanı olaraq seçkinin nəticəsinə baxanda görürəm ki, Türkiyə ilə əlaqələrimiz, Kıbrısla bağlı mövqeyimiz və siyasətim dəstəklənir”.

Bunu yanvarın 23-də keçirilən seçkiləri dəyərləndirən KKTC Cümhurbaşqanı Ersin Tatar deyib. E.Tatar nəticələrlə bağlı məmnunluğunu ifadə edib: “İstər partiyaların siyasətinə, istərsə də deputatların şəxsiyyətlərinə nəzər saldıqda deyə bilərəm ki, hazırda Cümhurbaşqanı kimi müdafiə etdiyim siyasətimizə səs verilib. Kıbrısda suveren bərabərliyə əsaslanan iki ayrı dövlət təklifimiz, Türkiyə ilə çox yaxşı əlaqələr quraraq KKTC-ni gücləndirməli olduğumuz və bu siyasətin gələcəyimiz üçün doğru siyasət olduğu seçkinin nəticəsində bir daha öz təsdiqini tapıb”.

E.Tatar seçkinin nəticəsi ilə bağlı BMT və digər mühüm ölkələrdən “Cümhurbaşqanı Tatarın əli gücləndi” kimi qiymətləndirmənin edildiyini bildirib.

Partiyalkarla qısa məsləhətləşmə görüşlərindən sonra hökuməti qurmaq səlahiyyətini UBP genəl başqanı Faiz Sucuoğluna verəcəyini deyən E.Tatar 5 il davam edəcək sabit hökumət modeli ilə iqtisadiyyat və digər sahələrdə işlərin uğurla davam edəcəyini bildirib.

Yeni qurulacaq hökumətin tərkibi ilə bağlı ehtimala gəlincə KKTC Cümhurbaşqanı bunları deyib: “Hazırkı hökumət UBP-DP kolasiyasından ibarətdir. Bu seçkilərdə DP səslədini qorudu. Bu kolasiya davam edə bilər”.

Xatırladaq ki, bu zaman hökumət proqramının təsdiqlənməsi üçün tələb olunan 26 millət vəkili təmin edilmiş olur. Çünki UBP 24, DP 3 mandata sahibdir.

Amma E.Tatar üçlü koalisiyaının mümkünlüyünü də istina etməyib. Onun sözlərinə görə UBP-DP-HP kolasiyası təşkil olunsa hökumət parlamentə 30 səsə sahib olacaq.

E.Tatar, “Ümid edirəm ki, sağlam bir parlament və sabit bir hökumət gələcək dövrdə KKTC-ni daha da yaxşı idarə edəcək”, – deyə sonda bildirib.

Mission News Theme by Compete Themes.