Press "Enter" to skip to content

Dövlət başçıları danışdılar – TELEFONLA

İlham Əliyev və Volodimir Zelenski

Son yeniləmə: 25 Yanvar 2022 16:35

Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.

Prezidentin Mətbuat xidmətinin yanvarın 25-də yaydığı məlumatda bildirilir ki, dövlət başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

“Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Volodimir Zelenski Prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib. Azərbaycan Prezidenti səfər çərçivəsində göstərilən qonaqpərvərliyə görə Ukraynanın dövlət başçısına təşəkkür edib. Telefon söhbəti zamanı gələcək ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb”, – deyə məlumatda vurğulanır.

Mission News Theme by Compete Themes.