Press "Enter" to skip to content

Dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsi

Son yeniləmə: 25 Yanvar 2022 09:41

Bayraqdar.info – Dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsinin ilkin layihəsinin təqdimatı keçirilib. Təqdimat energetika naziri Pərviz Şahbazov Bakıda səfərdə olan enerji üzrə baş mütəxəssis və tapşırıq qrupu rəhbəri xanım Yasemin Orucun başçılıq etdiyi Dünya Bankı missiyasını qəbulu çərçivəsində baş tutub.

Nazirlikdən bayraqdar.info-ya yanvarın 25-də verilən məlumata görə, görüşdə layihəyə dair müzakirələr aparılıb. Xəzər dənizininAzərbaycan akvatoriyasında böyük külək enerjisi potensialından istifadəyə dair müxtəlif ssenarilər nəzərdən keçirilib. Həmçinin pilot və kommersiya layihələrinin reallaşdırıla biləcəyi konkret zonalarda inşa edilə biləcək güclərə dair fikir mübadiləsi aparılıb.

Hazırlanmaqda olan yol xəritəsinin sahəyə özəl investisiyaların cəlbinə və gələcəkdə enerji ixracının artırılmasına töhfə verəcəyi vurğulanıb.

Elektrik enerjisi sahəsində liberal enerji bazarı üzrə Yol Xəritəsinin də təqdimatınınkeçirildiyi iclasda bazarın yaradılması mərhələləri, hər bir mərhələdə atılmalı olan addımlar, bu sahədə dünya təcrübəsi, enerji bazarına və elektrik şəbəkəsinə bərpa olunan enerjinin inteqrasiyası məsələləri haqqında məlumat verilib. Hər iki mövzuda iştirakçıların sualları cavablandırılıb.

Nazirlik və Dünya Bankı arasında gələcək əməkdaşlıq perspektivləri və istiqamətləri müzakirə edilib.

Mission News Theme by Compete Themes.