Son yeniləmə: 25 Yanvar 2022 16:13
Bayraqdar.info – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyevin əmrinə əsasən 25 iyun “Dənizçi Günü” ilə bağlı Fəxri Fərmana layiq görülən Dəniz Nəqliyyatı Donanmasının və Xəzər Dəniz Neft Donanmasının əməkdaşları ilə görüş keçirilib.
ASCO-dan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, görüşlərdə Fəxri Fərmanlar sahiblərinə təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
“Dənizçilər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını, ölkənin tərəqqisi, dəniz nəqliyyatının inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər”, – deyə xəbərdə qeyd edilir.