Press "Enter" to skip to content

Onlar toya buraxılmadılar

Elşad Hacıyev

Son yeniləmə: 25 Yanvar 2022 09:34

Bayraqdar.info – “Yanvarın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və Respublika ərazisində 62 toy şənliyinin monitorinqini həyata keçirib.

“Monitorinq 60 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

“- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

“- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

“- 46 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb”.

Qeyd edək ki, bu məlumatı yanvarın 25-də DİN-in Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitəsilə və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev özünün Facebook səhifəsindəki hesabında paylaşıb.

Mission News Theme by Compete Themes.