Son yeniləmə: 25 Yanvar 2022 12:30
Bayraqdar.info – Azərbaycan Ordusunun Mühəndis Qoşunları işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarında fəaliyyətlərini davam etdirirlər.
“İşlər dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən mürəkkəb iqlim şəraitində döyüş növbətçiliyi çəkən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi üçün nəzərdə tutulan yolların qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə qalması məqsədilə həyata keçirilir”.
Müdafiə Nazirliyindən yanvarın 25-də bayraqdar.info-ya verilən məlumatda belə deyilir.