Press "Enter" to skip to content

5 partiyalı parlamentdə 19 yeni millət vəkili

Son yeniləmə: 25 Yanvar 2022 09:42

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yanvarın 23-də keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb. Bu nəticələrə əsasən yeni parlamentdə 5 partiya yer alacaq.

Xatırladaq ki, 2018-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərində 6 partiya 5 faizlik baraşı keçə bilmişdi. Bu dəfə isə TDP güclü məğlubiyyətə uğrayıb.

Beləliklə, rəsmi nəticələrə əsasən yeni parlamentdə UBP 24, CTP 18, DP 3, HP 3 və YDP 2 mandat qazanıb.
Seçkinin nəticələrinin rəsmən açıqlanmasından sonra məlum olub ki, əvvəlki müddətdə parlamentdə olmayan 19 nəfər bu dönəmdə deputat seçilib. Aralarında keçmiş deputatlar və nazirlər də olmaqla bu 19 şəxsin əksəriyyəti bu dönəmdə ilk dəfə deputat olacaq.

Digər tərəfdən, son seçkilər nəticəsində KKTC parlamentində qadın deputatların sayı 9-dan 11-ə yüksəlib.
Qadın deputatların partiyalar üzrə bölgüsündə isə 6 yerlə CTP birinci yerdə gəlir. CTP-ni 3 qadın millət vəkili ilə UBP və 2 qadın millət vəkili ilə HP izləyir. Deputatların ümumi sayına görə, ən çox qadın deputat HP-dən iştirak edib. Bu partiyanın 3 deputat mandatının 2-ni qadınlar qazanıb.

7 yanvar 2018-ci il seçkilərindən bu seçkilərin bir başqa fərqi isə odur ki, nəticələrə əsasən parlamentdə yalnız UBP və CTP qrup yarada biləcək.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.