Press "Enter" to skip to content

Türkiyədə müalicədə olan hərbçilərin əlilliyi qiymətləndirilib

Son yeniləmə: 24 Yanvar 2022 12:41

Bayraqdar.info – “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunan 25 hərbçinin əlilliyi qiymətləndirilib. Qymətləndirmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən olub.

ƏƏSMN-dən bayraqdar.info-ya yanvarın 24-də verilən məlumata əsasən, bu məqsədlə Agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşlarından ibarət olmaqla komissiya yaradılıb. Komissiyanın üzvləri İstanbul, İzmit və Bursa şəhərlərində olub.

Ölkə xaricində tibb müəssisələri, yaralı hərbçilər və komissiya üzvləri arasında koordinasiyanın təmin edilməsi məqsədi ilə “YAŞAT” Fondunun əməkdaşları da onlarla birgə ezam olunub.

Qeyd olunan şəhərlərdəki tibb müəssisələrində müalicədə olan hərbçilərimizin hər biri ilə görüşülüb. Əyani müayinələri aparılıb, əlillik vəziyyətləri qiymətləndirilib. Müayinələrin nəticələrinə əsasən onlara əlillik dərəcələrinin təyin edilməsi nəzərdə tutulub.

Bunun üçün aidiyyəti qurumların hərbi həkim komissiyalarına hərbçilərimizlə bağlı müvafiq şəhadətnamələri təqdim etmələri üçün müraciət olunub. Yaxın günlərdə şəhadətnamələr təqdim edildikdən sonra e-sistem üzərindən Türkiyədə müalicə olunan hərbçilərimizə də əlillik dərəcələri və bununla bağlı sosial ödənişlərin təyinatları aparılacaq.

Mission News Theme by Compete Themes.