Press "Enter" to skip to content

“Qış düşərgəsi”nə qeydiyyatın son günü

"Qış düşərgəsi"

Son yeniləmə: 24 Yanvar 2022 11:08

Bayraqdar.info – Yanvarın 24-də tələbələrin”Qış düşərgəsi”nə (Winter bootcamp) qeydiyyat prosesi başa çatır.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, düşərgədə iştirak etmək istəyən tələbələr linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar.

“Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

“Qeyd edək ki, düşərgə Təhsil İnstitutunun təşkilatçılığı ilə 5-13 fevral 2022-ci il tarixlərində Quba rayonunda təşkil ediləcək”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.