Press "Enter" to skip to content

Qılıncoynadanlar Yunanıstanda “Helexpo Cup” turnirində

Qılıncoynadanların yarışı

Son yeniləmə: 24 Yanvar 2022 12:15

Bayraqdar.info – Yeniyetmə qız şpaqaçılar Yunanıstanın Saloniki şəhərində “Cadet Circuit” çərçivəsində keçirilən “Helexpo Cup” turnirində şəxsi yarışda çıxışlarını başa vurublar.

Yanvarın 24-də Azərbaycan Qılıncoynatma Federasiyasınndan bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Xədicə Həsənli (5 qələbə), Aynur Quliyeva (5 qələbə), Nazilə Rəhimova (6 qələbə) və Alfiyə Abdinova (5 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəliblər.

“Ən güclü 8-liyə kimi irəliləməyi bacaran X.Həsənli yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Türkiyə təmsilçisi Yağmur Sonmusa 13:15 hesabı ilə uduzub. N.Rəhimova və A.Quliyeva isə pley-offda ən güclü 16-lığa kimi irəliləməyi bacarıblar. A.Quliyeva bu mərhələdə yunan rəqibi Argyrenia Mouriki (7:15), N. Rəhimova isə Y.Sonmusa (13:15) məğlub olub. Digər şpaqaçı A.Abdinova isə 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Y.Sonmusa 10:15 hesabı ilə uduzub.

“Yekun sıralamada X.Həsənli 6-cı, N.Rəhimova 9-cu, A.Quliyeva 13-cü, A.Abdinova isə 21-ci sırada qərarlaşıblar. Turnirə yeniyetmə oğlan və qız şpaqaçıların komanda yarışı ilə yekun vurulacaq”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.