Son yeniləmə: 24 Yanvar 2022 03:01
Bayraqdar.info – İşğal olunmuş Krımda 150 mədəni irs obyekti Rusiya hakimiyyəti tərəfindən zədələnib. Krım Strateji Araşdırmalar İnstitutunun koordinatoru Elmira Ablyalimova bəyan edib ki, işğal olunmuş Krımda qeyri-qanuni bərpa işləri onların qədim irsinin məhvinə səbəb olub.
Bu barədə məlumatda bildirilir ki, Elmira Ablyalimova 26 yanvar 2022-ci il tarixində Kiyevdə “Krımda mədəni sərvətlərə qarşı pozuntular” portalının təqdimatının keçiriləcəyini deyib. Onun sözlərinə görə portal Rusiya işğalı altında olan yarımadada baş vermiş zərər və dağıntılardan bəhs edir.
Elmira Ablyalimova həmin portalının bir hissəsi olaraq Krımda qeyri-qanuni bərpa işləri ilə bağlı reallıqlar haqqında məlumatın toplandığını deyib: “Bu cür pozuntuların üç növü var. Biz bunları işğalçıların Krımda qeyri-qanuni hərəkətləri, qeyri-qanuni arxeoloji tədqiqatlar və tikinti işləri kimi görürük”.