Press "Enter" to skip to content

Konstitusiya Məhkəməsində Baş Prokurorluğun sorgusuna baxılıb

Konstitusiya Məhkəməsi

Son yeniləmə: 24 Yanvar 2022 17:53

Bayraqdar.info – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Bu haqda bilgi Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bayraqdar.info-ya verilib.

“İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 32-ci, 33-cü və 34-cü maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

“Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 16-na təyin edilmiş iclasında baxılacaq”, – deyə bilgidə qeyd edilib.

Mission News Theme by Compete Themes.