Press "Enter" to skip to content

İlk sərnişin avtobusları Şuşa və Ağdama çatdı – FOTOLAR

Bakı-Şuşa-Bakı marşrutları

Son yeniləmə: 24 Yanvar 2022 15:53

Bayraqdar.info – Yanvarın 24-də Bakıdan Şuşa və Ağdam istiqamətlərində yola çıxan şəhərlərarası ilk müntəzəm sərnişin avtobusları artıq ünvana çatıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bayraqdar.info-ya verilən bilgiyə görə, işğaldan azad olunmuş Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları bu gün istifadəyə verilib.

“Uzun illər doğma yurdlarının nisgili ilə yaşayan vətəndaşlar hazırda üçrəngli bayrağımızın dalğalandığı torpaqlarına ziyarətə yollanıblar. İllərin Vətən həsrətinə son qoyulub. Avtobuslar səhər saat 06:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola çıxıb.

Bakı-.Şuşa-Bakı və Bakı-Ağdam-Bakı marşrutları

“Bilet satışı Nazirliyin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla  onlayn qaydada həyata keçirilib. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən – eyni vaxtda sifariş verərək alıblar.

“Şuşa və Ağdam şəhərlərinə gedənləri avtobuslarda Daxili İşlər Nazirliyinin nümayəndəsi, həmçinin “Regional İnkişaf” İctimai Birliyi və ASAN könüllüləri müşayiət edirlər.

Bakı-.Şuşa-Bakı və Bakı-Ağdam-Bakı marşrutları

“Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər ANAMA-nın mina təhlükəsizliyinə dair təlimlərinə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub. Maarifləndirmə təlimində könüllülər də onlayn şəkildə iştirak ediblər.

Bakı-.Şuşa-Bakı və Bakı-Ağdam-Bakı marşrutları

“Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdirilir. Həmçinin hər bir oturacağın üzərinə bu barədə təlimat broşürü yerləşdirilib. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib.

Bakı-.Şuşa-Bakı və Bakı-Ağdam-Bakı marşrutları

“Qeyd edək ki, Azərbaycanın Ermənistan işğalından azad edilən ərazilərinin bərpası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Həmin şəhər və kəndlərdə dayanıqlı məskunlaşmanın təmin olunması məqsədilə bütün zəruri tədbirlər görülür”, – deyə bilgidə vurğulanır.

Mission News Theme by Compete Themes.