Son yeniləmə: 24 Yanvar 2022 10:22
Bayraqdar.info – Türkiyə Diyanət Vəqfi bu günlər xeyirxah bir addım atıb. Belə ki, TDV Ankara-İstanbul şossesi, Bolu dağ keçidi, Kaynaşlı və Elmalık məntəqələrində güclü qar yağması səbəbindən yolda qalanlara və yollarda çalışan qruplara su və yemək paylayıb.
Anadolu Ajansı xəbər verir ki, TDV Müşahidəçilər Şurasının 2-ci sədri İhsan Açık, verdiyi yazılı açıqlamada, sərt qış şərtləri qüvvəyə minməyə başladığı üçün Bolu dağının keçidində nəqliyyat vasitələrinin sıxlığının olduğunu və vətəndaşlar tərəfindən onlara məlumat verildiyini bildirib.
Səyyar iaşə vasitəsini ehtiyac duyulan ərazilərə yönəltdiklərini bildirən İ.Açık, “Vəqfimizin təmsilçiləri qar yağışının təsirini artırdığı andan etibarən çərşənbə günü yola çıxdılar. Gecə saatlarından etibarən vətəndaşlara şorba, tort, peçenye və su təqdim etdilər. Bundan başqa yolda çalışan qurumların təmsilçilərinə yardımlar edilib.
İ.Açık, cəmiyyətin bütün təbəqələrinə ehtiyac duyulan hər sahədə yardım göstərmək üçün səy göstərdiklərinin vurğulayıb.