Press "Enter" to skip to content

Baş prokuror 2021-ci ildə başlanılan cinayət işlərindən danışdı

Baş prokuror Kamran Əliyev

Son yeniləmə: 24 Yanvar 2022 12:22

Bayraqdar.info – “Daxili İşlər Nazirliyi (DİN) 18 min 72, Ədliyyə Nazirliyi (ƏN) 619, Dövlət Gömrük Komitəsi (DGK) 159, Dövlət Vergi Xidməti (DVX) 624, Dövlət Təhlükəsizlik Xidməti (DTX) 99, Dövlət Sərhəd Xidməti (DSX) 184 və Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 54 cinayət işi başlanılıb”.

Bu sözləri Baş prkuror Kamran Əliyev yanvarın 24-də keçirilən kollegiya iclasında səsləndirib.

Onun sözlərinə görə, DİN-də 12 min 305, ƏN-də 408, DGK-də 93, DVX-dən 103, DTX-də 40, DSX-də 69 və FHN-də 2 cinayət işi yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

K.Əliyev diqqətə çatdırıb ki, DİN-də 4 min 542, ƏN-də 129, DGK-də 8, DVX-də 184, DTX-də 2, DSX-də 1 və FHN-də 39 cinayət işinə xitam verilib.

“Daxili İşlər Nazirliyində 5 min 394, Ədliyyə Nazirliyində 330, Dövlət Gömrük Komitəsində 64, Dövlət Vergi Xidmətində 704, Dövlət Təhlükəsizlik Xidmətində 55, Dövlət Sərhəd Xidmətində 85 və Fövqəladə Hallar Nazirliyində isə 3 cinayət işi istintaqı dayandırılıb”, – deyə Baş prokuror vurğulayıb.

Mission News Theme by Compete Themes.