Son yeniləmə: 24 Yanvar 2022 15:30
Bayraqdar.info – Yanvarın 19-dan 23-dək İspaniyanın Madrid şəhərində “FİTUR” turizm sərgisində Azərbaycanın turizm potensialı tanıdılıb. Tədbir Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutub.
Bu barədə bayraqdar.info-ya yanvarın 24-də Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, İspandilli ölkələrin ən böyük turizm tədbirlərindən biri sayılan sərgidə İspaniya, Portuqaliya, Latın Amerikasının bir sıra tur operatorları və səyahət agentlikləri, eləcə də hava yolları və tanıtım şirkətləri ilə B2B formatında 45-dək görüş keçirilib.
Sərgidə beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın şərabçılıq və dağ turizmi üzrə potensialı, eləcə də işğaldan azad edilmiş ərazilərin turizm imkanları haqqında geniş məlumat verilib.