Son yeniləmə: 24 Yanvar 2022 16:17
Bayraqdar.info – Fevralın 2-də AFFA-nın növbəti hesabat konfransı keçiriləcək. Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası təşkil olunacaq.
AFFA-dan bayraqdar.info-ya xəbər verilib ki, saat 10:00-da başlayacaq konfransın gündəliyi də dəqiqləşib. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatı, maliyyə hesabatlarının təsdiqlənəcəyi tədbirdə müstəqil auditorun hesabatı nəzərə alınacaq. Konfransın gündəliyində hər hansı vakant vəzifəyə seçkilər, təkliflərin qəbulu və digər məsələlər də var. Qeyd edək ki, konfransa giriş dəvətnamə ilə olacaq.