Press "Enter" to skip to content

294 sahibkarlıq subyektinə kompensasiya ödənilib

Son yeniləmə: 24 Yanvar 2022 14:35

Orxan Məmmədov: İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil olub

Bayraqdar.info – İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil olub. Bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır.

KOBİA-dan bayraqdar.info-ya verilən məlumata görə bunu qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 24-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanılıb və proses hazırda da davam etdirilir: “Müraciətlərin 27 faizi tikinti, 27 faizi ticarət və xidmət, 21 faizi sənaye, 18 faizi kənd təsərrüfatı və digər 7 faizi turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir”.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və iqtisadi dəyər zəncirinə re-inteqrasiyası istiqamətində həyata keçirilən tikinti-quruculuq işlərində dövlət özəl sektor tərəfdaşlığı (DÖST) modelinin geniş tətbiq edilməsi hədəflən: “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatınin fəaliyyəti barədə 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinə məlumat verilib. “Cocuq Mərcanlının İnkişafı” Fondu, KOBİA, TÜİB və TİKA-nın dəstəyi ilə yaradılmış suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatlarında 40-dan çox kənd sakininin işlə təmin edilməsi nəzərdə tutulub”.

Həmçinin 44 günlük Vətən müharibəsi dövründə sahibkarlara dəymiş ziyanın qiymətləndirilməsi prosesinin təşkili KOBİA-ya həvalə edilib. Ümumilikdə 294 sahibkarlıq subyektinə dəymiş təqribən 4,7 milyon manat həcmində kompensasiyanın ödənilməsi təmin edilib.

Mission News Theme by Compete Themes.