Press "Enter" to skip to content

2021-ci ildə KOBİA-ya 5 mindən çox müraciəti daxil olub

Son yeniləmə: 24 Yanvar 2022 13:52

Bayraqdar.info – 2021-ci ildə Agentliyə 5 mindən çox vətəndaş müraciəti daxil olub. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2021-ci il üzrə fəaliyyətinin yekunlarına dair yanvarın 24-də keçirilən mətbuat konfransında bildirilib.

Qurumdan bayraqdar.info-ya verilən məlumata görə, KOBİA-nin İdarə Heyətinin sədri Orxan Məmmədov bu müraciətlərin 1264-nün KOB maraqlarının müdafiəsi ilə bağlı olduğunu deyib. 1264 müraciətin 26 faizi dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub.

Eyni zamanda, müraciətlərin 61 faizinə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib. 8 faizi isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib.

Mission News Theme by Compete Themes.