Press "Enter" to skip to content

KKTC seçicisi bu dəfə də seçkilərdə fəal iştirakı ilə fərqlənir – ÖZƏL

Orxan Həsənoğlu

Orxan Həsənoğlu: KKTC-də bu seçkilərə yüksək səviyyədə hazırlıq görülüb

Bayraqdar.info – “Bu gün Kuzey Kıbrıs Türk Cümhuriyyətində növbədənkənar parlament seçkiləri keçirilir. Bu, Kıbrıs türklərinin 1974-cü ildən bəri qatıldığı 15-ci, 1983-cü ildə KKTC-nin qurulmasından sonra ara seçkiləri də daxil 12-ci parlament seçkiləridir. Məlumat üçün bildirək ki, KKTC-də 1974-cü ildən bu günə kimi 12 dəfə prezident, 14 dəfə parlament, həmçinin 12 dəfə yerli seçkilər keçirilib. Bu günə kimi 5 dəfə referendum olub”.

KKTC-nin tarixində 15-ci parlament seçkisi

Bunun KKTC-də keçirilən parlament seçkilərinin gedişini bayarqdar.info üçün özəl dəyərləndirən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib.

KKTC-də namizədlərin yekun siyahısı bəlli olub

Onun sözlərinə görə, KKTC-də prezident və parlament seçkiləri 5 ildən bir, yerli seçkilər isə 4 ildən bir keçirilir: “Bundan əvvəlki parlament seçkiləri 7 yanvar 2018-ci ildə keçirilib. Göründüyü kimi həmin seçkilər kimi bu dəfə də növbədənkənar parlament seçkiləri keçirilir”.

KKTC Cümhuriyyət Məclisi

KKTC-də yaşayan 400-ə yaxın soydaşımız da səsvermə hüququndan istifadə edir

Bildirilib ki, yerli vaxtla saat 08:00-da başlayan səsvermə axşam saat 18:00-da başa çatacaq: “Bu dəfəki seçkilərdə ölkə üzrə 763 seçki məntəqəsində 203 min 792 seçici qeydə alınıb. Seçkilərdə 50 nəfərlik parlamentə düşmək üçün 6 rayondan 403 namizəd mübarizə aparır. Onlardan 400-ü 8 siyasi partiyanı təmsil edir, 3-ü isə müstəqil namizəddir”.

KKTC-də siyasi partiyaların namizəd irəli sürməsi üçün son gün

Bir çox məntəqələrdə seçkinin gedişini izlədiklərini deyən O.Həsənoğlu yerli vaxtla saat 15:00-a qədər səsvermə hüququ olan insanların böyük əksəriyyətinin seçki məntəqələrinə gəldiyini söyləyib: “Qeyd edim ki, KKTC seçicisi bu dəfə də seçkilərdə fəal iştirakı ilə fərqlənir. Eyni zamanda KKTC-də yaşayan 400-a yaxın azərbaycanlı da seçmə və seçilmə hüququna malikdir. Həmin soydaşlarımız da bu gün öz səsvermə hüququndan istifadə edirlər”.

KKTC-də səsvermə ilə bağlı daha bir qərar

Koronavirus testi pozitiv çıxan 20 minə yaxın seçici səsvermədə iştirak edə bilmir

Qeyd edilib ki, artıq iki ildir dünyanı cənginə alan COVID-19 pandemiyası KKTC-dəki seçkilərə də öz təsirini göstərib. Bu pandemiya səbəbindən seçkiqabağı təbliğat zamanı toplantılarda iştirakçıların sayında bəlli hədd müəyyən edilmişdi və digər addımlar atılmışdı: “Amma buna baxmayaraq KKTC-də bu seçkilərə yüksək səviyyədə texniki hazırlıqlar görülüb. Seçicilər harda səs verəcəklərini internetdən bəlli iki sayta girməklə öyrənə bilirlər. Pandemiya şərtlərinə uyğun olaraq seçki qutularının məsafəsi, insanların sesvermə zamanı sosial məsafəni qoruması, xüsusilə də tibbi maskadan istifadə etmək, səsvermə məntəqlərində seçicilərə əlcəklərin verilməsi kimi cox ciddi addımlar atılıb. Ümumilikdə koronavirus testi pozitiv çıxan 20 minə yaxın seçici səsvermədə iştirak edə bilmir”.

O.Həsənoğlu vurğulayıb ki, 50 nəfərlik KKTC parlamentinə Lefkoşadan 16, Gazi Mağusadan 13, Girnedən 11, İskeledən 5, Güzelyurtdan 3 və Lefkedən 2 millət vəkili seçiləcək: “Seçkidə mübarizə aparan partiyalar bunlardır: Ulusal Birlik Partisi (UBP), Cumhuriyetçi Türk Partisi (CTP), Halkın Partisi (HP), Toplumcu Demokrasi Partisi (TDP), Demokrat Parti (DP), Yeniden Doğuş Partisi (YDP), Toplumcu Kurtuluş Partisi – Yeni Güçler (TKP-YG) ve Bağımsızlık Yolu (BY). Onu da deyim ki, seçicilər səslərini “möhür”, “möhür və tərcih”, “karma” olmaq üzrə 3 fərqli formada verə bilərlər. “Möhür”də seçicilər dəstəkləmək istədikləri partiyanın embleminin altındakı dairənin içərisinə bir dəfə “hə” möhürü vuracaqlar. “Möhür və tərcih”dən istifadə edəcək seçicilər möhürlədikləri partiyanın 50 namizədi arasından qələmlə seçim edə biləcəklər. Bu zaman hər rayondan namizəd seçmək məcburiyyəti olmayacaq, lakin üstünlük veriləcək rayonda namizədlərin yarısını seçmək tələbi var. “Karma”da isə möhür istifadə edilməyəcək. Seçim bülletendəki namizədlər arasında qələmlə aparılacaq. Qaydaya əsasən minimum 23, maksimum 50 namizədə səs verilir. Bu zaman səslərin əz azı iki partiya, yaxud bir partiya və bir müstəqil namizəd arasında bölüşdürülməsi lazımdır”.

 

“Əminəm ki, bu seçkilər KKTC-nin həyatında yeni dönəmin başlanğıcı üçün təkan rolunu oynayacaq”, – deyə O.Həsənoğlu sonda əlavə edib.

KKTC-də seçki həyəcanı başlayır

Mission News Theme by Compete Themes.