Press "Enter" to skip to content

Tarix Muzeyinin əməkdaşı “Ohrid-Vodiçi – 2022” konfransında

Son yeniləmə: 22 Yanvar 2022 11:55

Bayraqdar.info – Makedoniyanın Ohrid şəhərində Müqəddəs Apostol Pavel Universiteti Film İnstitutunda Şimali Makedoniya Strateji Araşdirmalar Mərkəzi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan), Aydın Adnan Menderes Universiteti (Türkiyə), Rusiya və ABŞ-ın müvafiq qurumlarının təşkilatçılığı ilə X beynəlxalq “Ohrid-Vodiçi – 2022” konfransı keçirilib.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən bayraqdar.info-ya bildiriblər ki, beynəlxalq konfransda bu müəssisənin Arxeologiya elmi-fond şöbəsinin elmi işçisi, dosent Həbibə Əliyeva “Qarabağda erməni vandalizminin qurbanına çevrilmiş epiqrafik abidələrimiz” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib.

“Tədbir mədəni irs, ətraf mühit, yaradıcı birliklər, turizm, davamlı yerli-regional inkişaf və s. mövzuları əhatə edib. Konfransda Azərbaycan, Şimali Makedoniya, Türkiyə, Bolqarıstan, Rusiya, Serbiya, ABŞ, Braziliya, Yunanıstan və digər ölkələrdən olan alimlərin, tədqiqatçıların məruzələri dinlənilib.

“Məruzədə qeyd edilib ki, mədəni irsə, həmçinin xüsusi əhəmiyyətə malik nadir abidələrə bu cür münasibət, əslində, dünya irsinə qarşı yönələn təhdiddir”.

Mission News Theme by Compete Themes.