Press "Enter" to skip to content

Təbrizin cümə imamı Rusiyaya meydan oxudu

Seyid Məhəmmədəli Ali-Haşim

Bayraqdar.info – İranın dini rəhbəri Əli Xameneyinin Şərqi Azərbaycan vilayətindəki təmsilçisi və Təbrizin cümə imamı Rusiyaya meydan oxuyub. Seyid Məhəmmədəli Ali-Haşim adlı molla yanvarın 21-də cümə namazındakı çıxışında Rusiyanın İran üçün “əhəmiyyətindən” söz açıb.

“Azad İran” Telegram kanalının xəbərinə görə, o, bildirib: “İran və Rusiya arasında ortaq enerji və hərbi maraqların olması xüsusi əhəmiyyət kəsb edir. Rusiya sənayeləşmiş ölkələrdən biridir və bizim bir çox tələbatımızı ödəyə bilər. Ümid edirik ki, bu səfər İranın dəyər və uğurunu artıracaq”.

S.M.Ali-Haşimin iddiasına görə, İranın bölgədəki gücü Rusiyanı onunla münasibətlər qurmağa vadar edib.

Təbrizin cümə imamı qonşu Səudiyyə Ərəbistanını da regionda böhran yaratmağa çalışmaqda günahlandırıb.

O, İraqda baş verənlərdə və siyası çaxnaşmanın yaranmasında Səudiyyə Ərəbistanının əlinin olduğunu deyib.

Mission News Theme by Compete Themes.