Press "Enter" to skip to content

Samur-Abşeron kanalında tank və top mərmiləri – VİDEO

FHN

Son yeniləmə: 22 Yanvar 2022 11:47

Bayraqdar.info – Yanvarın 22-də Fövqəladə Hallar Nazirliyindən bayraqdar.info-ya bu haqda xəbər verilib.

Xəbərdə deyilir ki, FHN-in 112 qaynar telefon xəttinə Samur-Abşeron kanalının Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sursatların aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu hadisə yerinə cəlb edilib.

“Pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd 125 mm-lik BK-14 tank mərmisi və 1 ədəd 122 mm-lik OF-56 top mərmisi olduğu (tərkibində partlayıcı maddə olmayan) müəyyən edilib. Mərmilər pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

“Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib”, – deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.