Press "Enter" to skip to content

Recep Tayyip Erdoğanın təklifi dəstəklənir

Son yeniləmə: 22 Yanvar 2022 00:08

Bayraqdar.info – “Burada əslində daha əvvəldən planlaşdırılan Bosniya və Herseqovina, Serbiya və Türkiyə arasında üçtərəfli sammitin keçirilməsi nəzərdə tutulur. Burada Bosniya və Herseqovina partiya və ya ictimaiyyət nümayəndələri ilə deyil, institusional olaraq təmsil olunacaq”.

Balkan Newsun xəbərinə görə bunu Bosniya lideri, Demokratik Fəaliyyət Partiyasının (SDA) sədri Bakir İzetbegoviç deyib. O, Türkiyə və Serbiya liderləri ilə keçiriləcək sammitdə Prezident Şurasının üzvlərinin Bosniya və Herseqovinanı təmsil edəcəklərini bildirib.

Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiçin Türkiyəyə səfəri zamanı Cümhurbaşqanı Recep Tayyip Erdoğan Bosniyalı liderlərin bir araya gəlməsi təklifini irəli sürüb.

Öz növbəsində Bosniya və Herseqovinanın serb icmasının lideri Milorad Dodik bu təklifə müsbəıt yanaşdıqlarını deyib.

Mission News Theme by Compete Themes.