Press "Enter" to skip to content

MHP-li Olcay Kılavuzdan sərt ittiham – VİDEO

Olcay Kılavuz

Son yeniləmə: 22 Yanvar 2022 09:39

Mersin Böyükşəhər Bələdiyyəsinin iş yerləri PKK üzvlərinə peşkəş edilib

Bayraqdar.info – Milliyətçi Hərəkat Partiyasının Mersin millət vəkili Olcay Kılavuz yanvarın 21-də Türkiyə Böyük Millət Məclisində mətbuat kofransı keçirib. Sabah Gazetesinin məlumatına görə, həmin mətbuat konfransında o, deyib ki, Mersin Böyükşəhər Bələdiyyəsinin iş yerləri PKK-çılara peşkəş edilib: “Mersin Böyükşəhər Bələdiyyəsi Başqanı Vahap Seçer bələdiyyədəki iş yerlərini PKK-çılara peşkəş edib. CHP Mersin millət vəkilləri Ali Mahir Başarır, Alpay Antmen və Cengiz Gökçen bu xəyanəti dəstəkləyiblər. Mersin Böyükşəhər Bələdiyyəsinin CHP-li Başqanı Vahap Seçer terror təşkilatının üzvlərini işə götürüb onlara maaş verərkən, Ali Mahir Başarır, Alpay Antmen və Cengiz Gökçel bu alçaqlığın qarşısında 3 meymunu oynayıb”.

Bu mətbuat konfransının keçirilməsi səbəbinə toxunan O.Kılavuz deyib: “Keçən həftə keçirdiyimiz mətbuat konfransında Mersin Böyükşəhər Bələdiyyəsinin Başqanı Vahap Seçerin bələdiyyədəki iş yerlərini HDP və PKK üzvlərinə hədiyyə etdiyini bildirmişdik. Bundan sonra “türk ordusuna satıldı” deyəcək qədər alçalan şarlatan Ali Mahir Başarır və CHP Mersin millət vəkilləri Alpay Antmen və Cengiz Gökçen bir xor şəklində bizdən bu iddiamızı sübut etməyimizi istədilər. Bu gün bura şərəfsizin və vicdansızın kim olduğunu üzə çıxarmağa, xəyanət sənədlərini, alçaqlığın vəsiqələrini yayaraq tarixə qeyd etməyə gəlmişəm”.

O.Kılavuz CHP-nin Mustafa Kemal Atatürkün qoyduğu yoldan və ideallarından uzaqlaşdığını söyləyib: “Hər şeydən öncə bir daha təkrar etmək istəyirəm ki, CHP HDP-dir. CHP böyük türk Mustafa Kemal Atatürkün xəttindən, ideallarından uzaqlaşıb, Gazi Atatürkün qurduğu partiyaya və Cümhuriyyətimizə ən böyük xəyanəti edib. CHP “Kuvva-yi milliye” ruhundan üz çevirib, imperializmin qapı quluna çevrilib. CHP sədri cənab Kemal Kılıçdaroğlu “YPG terror təşkilatı deyil, vətənini xilas etmək üçün təşkil edilmiş bir quruluşdur” deyərkən, CHP-li Engin Altay “HDP-PKK münasibətini görmürük” açıqlaması ilə böyük qalmaqala səbəb olub. Təəssüflər olsun ki, CHP-lilər xainbaşının heykəlini ucaldacaqlarını deyən, əli əsgərimizin və polisimizin qanına batmış şərəfsiz Selahattin Demirtaşın həbsdən çıxması üçün səfərbər olacaq qədər ruhlarını ititrərkən, CHP-li Sezgin Tanrıkulu şəhid verdiyimiz gün terrorçu S.Demirtaşı həbsxanada ziyarət edərək şəhidlərimizin sümüklərini sızlatdı”.

O.Kılavuz daha sonra əlindəki faktları media təmsilçilərinə təqdim edib: “Bunlar xəyanətin sübutlarıdır. Bələdiyyə heyətinə cəlb edilən bu terrorçular Mersin Böyükşəhər Bələdiyyəsinin necə terror təşkilatlarının yuvasına çevrildiyini göstərən canlı dəlillərdir”.

“Bunlar yalnız ictimaiyyətin və Mersinli həmvətənlərimizin bildiyi nümunələrdir. Kim bilir bələdiyyədə bizim bilmədiyimiz nə qədər terrorçu işləyir? Açıqladığım məlumatlar real məlumatlardır. Bələdiyyə heyətini terror təşkilatlarına bağlı və onlarla əlaqəli şəxslərlə dolduran CHP-nin Mersin Böyükşəhər bələdiyyə başqanı istefa verəcəkmi? CHP-nin Mersin millət vəkilləri bu məlumatı təkzib edə bilməsələr istefa verəcəklərmi? Bizim adətimizdə, yaşam tərzimizdə yalana yer yoxdur. Bizim adətimiz bizdən doğru danışmağı tələb edir”, – deyə o, əlavə edib.

Öz növbəsində bəhs edilən məsələ ilə bağlı bayraqdar.info-ya özəl açıqlama verən O.Kılavuz deyib ki, bu xəyanət cəzasız qalmayacaq: “Bu vətən türk vətənidir. Bu millət türk millətidir. Bu dövlət Türkiyə Cümhuriyyəti Dövlətidir. Bizim bir bayrağımız var, o da şanlı türk bayrağımızdır. Bunu heç kim heç vaxt unutmamalıdır. Biz sonuna qədər bütün bu açıqlamalarımızn arxasındayıq. Dünən dediklərimizi bu gün də deyirik. Mersin Böyükşəhər bələdiyyəsində iş yerləri PKK-lılara bağışlandı. Qoy bizim bu iddialarımızı inkar edənlər gəlib yenə də inkar etsinlər. Mersin Böyükşəhər bələdiyyəsini yaxından təqib edəcəyik. Nəfəsimiz onların boynunda olacaq. Onlar etdikləri rüsvayçılıqlara, xəyanətlərə görə gec-tez cavab verəcəklər”.

Onu da xatırladaq ki, O.Kılavuz bir Azərbaycan dostudur. İstər TBMM-də, istərsə də parlamentdənkənar fəaliyyətində hər zaman Azərbaycana dəstəyi ilə fərqlənib.

Olcay Kılavuz: Ermənistan terror dövləti yaxşı bilməlidir ki…

Mission News Theme by Compete Themes.