Press "Enter" to skip to content

“Məşğulluq marafonu”na 610 işəgötürən qoşulub

Son yeniləmə: 22 Yanvar 2022 15:07

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bugünədək 610 işəgötürən qoşulub.

Bu barədə bayraqdar.info-ya yanvarın 22-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4005vakansiya təqdim ediblər.

Həmin vakansiyalar üzrəVətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından artıq 1550-dən çox şəxs işlə təmin olunub.

Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

Mission News Theme by Compete Themes.