Son yeniləmə: 21 Yanvar 2022 18:03
Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Ukrayna və Rusiya prezidentlərini öz ölkəsində görüşdürmək təşəbbüsü təqdirəlayiqdir.
Bu fikirləri siyasi şərhçi Azər Həsrət yanvarın 21-də Qafqaz TV-yə verdiyi açıqlamada bildirib.
Siyasi şərhçi jurnalist Elçin Əsədin ünvanladığı suala verdiyi cavabda onu da bildirib ki, Rusiya və Ukrayna dövlət rəhbərlərinin bir araya gətirilməsi təşəbbüsünə həm də Azərbaycan Prezidenti İlham Əliyevin qatqısı var.
A.Həsrət xatırladıb ki, bu yaxınlarda Prezident İ.Əliyevin Ukraynaya səfər etməsi, bu səfərə Rusiyada yumşaq münasibət bəslənilməsi diqqət cəlb etməyə bilməz. O, əlavə edib ki, bu səfərin ardında Cümhurbaşqanı R.T.Erdoğanın səsləndirdiyi açıqlama ondan xəbər verir ki, Rusiya-Ukrayna məsələsinin həllində İ.Əliyev əsas rollardan birini oynayır.