Press "Enter" to skip to content

Tahsin Ertuğruloğlu: Əli qanlı qatillərin həmrəy olması bizi təəccübləndirmir

Tahsin Ertuğruloğlu

Son yeniləmə: 21 Yanvar 2022 09:23

Bayraqdar.info – “Əli qanlı qatillərin həmrəy olması bizi təəccübləndirmir”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu deyib.

KKTC-nin Azərbaycandakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə nazir Kıbrısın rum tərəfində atılan addımlara sərt reaksiya verib. Belə ki, Rum adminisitrasiyasının PKK terror təşkilatının siyasi qolu olan PYD-yə Güney Kıbrısda nümayəndəlik açmağa icazə verməsi həm KKTC-də, həm də Türkiyədə ciddi və haqlı etiraza səbəb olub.

Məsələyə münasibət bildirən T.Ertuğruloğlu türk millətinin heç kimin düşməni olmadığını, ancaq ona düşmən kəsilənləri də yaxşı tanıdığını deyib.

T.Ertuğruloğlu daha sonra bildirib: “Kıbrısda türkləri kütləvi şəkildə qətlə yetirərək adanı qan gölünə çevirən terror dəstəkçisi Rum rəhbərliyi təxribatçı təşəbbüslərini davam etdirir. Güney Kıbrıs rum idarəsi Daxili İşlər Nazirliyinin 12 yanvarda edilən bir müraciətlə terror təşkilatı PKK-nın Suriyadakı siyasi qolu PYD üçün Güney Kıbrısda nümayəndəlik açması xəbəri rum mıətbuatında yayılıb. Avropa Birliyinin (Aİ) üzvü olan Güney Kıbrıs rum Administrasiyasının bu təxribatçı cəhdinin bölgəmizdə və Doğu Akdenizdə sülhə xidmət etməyəcəyi açıq-aydındır”.

Türkiyəyə qarşı hər cür düşmənçilik fəaliyyətində olan terror təşkilatına Güney Kıbrısda nümayəndəlik açan və terrorçuları himayəsinə götürən Rum rəhbərliyinin atəşlə oynadığını ifadə edən T.Ertuğruloğlu, “Qondarma nümayəndəliyin başına gətirilən PKK terrorçusu Çerkez Qorxmaz Güney Kıbrısın terror təşkilatına verdiyi dəstəyi tərifləyərək, Rum rəhbərliyinin terror təşkilatı PKK-ya keçmişdə də necə dəstək verdiyini bir daha ortaya qoydu. Sözdə dərnəyi “Rum-PKK Həmrəylik Dərnəyi” adlandırsaydılar, bu, həqiqətin ifadəsi olardı” , – deyə, vurğulayıb.

Mission News Theme by Compete Themes.