Son yeniləmə: 22 Yanvar 2022 13:40
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ilk ali təhsil ocağı olan Girnə Amerikan Universiteti Azərbaycanla bağlı qərar qəbul edib. Bu qərar universitetin qurucu rektoru və bu təhsil ocağının idarə heyətinin sədri, Beynəlxalq Diplomatlar Birliyinin (DMW Diplomats Internationa) vitse-prezidenti Serhat Akpınar tərəfindən imzalanıb.
Belə ki, bu qərara əsasən İkinci Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin övladları Girnə Amerikan Universitetində ödənişsiz əsaslarla təhsil ala bilərlər.
Bu barədə bayraqdar.info-ya Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib. Onun sözlərinə görə, Girnə Amerikan Universiteti artıq 35 ildir ki, KKTC-də və 6 fərqli ölkədə uğurla fəaliyyət göstərir.
Kıbrıs Amerikan Universitetinində qurucusu olan S.Akpınar universitetdə keçirilən toplantıların birində belə bir qərar qəbul edib.
O da qeyd edilib ki, S.Akpınar hər zaman Azərbaycan sevgisi ilə fərqlənən bir ziyalıdır.
Sonda o da vurğulanıb ki, Girnə Amerikan Universitetində təhsil almaq arzusunda olan şəhid və qazi övladlarının e-poçt ünvanına elektron məktub ünvanlayaraq tələb olunan sənədləri təqdim edə bilərlər.