Son yeniləmə: 21 Yanvar 2022 10:11
Bayraqdar.info – “Türk dünyasından olan gəncləri ölkəmizə dəvət edirəm”.
Bunu Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Camankulov deyib.
Kırım Haber Ajansı xəbər verir ki, nazir Qırğızıstan-Türkiyə Manas Universitetinin (KTMU) həyata keçirdiyi “Türk Dünyası Rəqəmsal Vətəndaşlıq Mühazirələri və Müsahibələr” proqramında “Türk dünyasının turizm cənnəti Qırğızıstan” mövzusunda təqdimatla çıxış edib.
Çıxışında 9 ölkədən 76 universitetdən 3500 universitet tələbəsinə müraciət edən A.Camankulov Qırğızıstanı “səmaya uzanan dağların, böyük İpək Yolu və bənzərsiz köçəri mədəniyyətinin vətəni” kimi xarakterizə edib.
O, türk dünyası gənclərini Qırğızıstana dəvət edib.